Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanıldı

SOSİAL
11:13 19.11.2024
127
Qanunsuz ov edən şəxslər saxlanılıblar.

AZXEBER.COM xəbər verir ki, Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı İ.Quliyev və qardaşı R.Quliyev saxlanılıblar. Onlardan 2 ədəd ov tüfəngi və müvafiq icazələri olmadan qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.
 

OXŞAR XƏBƏRLƏR