Ağcabədidə qumbara partladı - ölən və yaralananlar var

SOSİAL
12:47 31.01.2025
207
 Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
 
 
12.47
 
Ağcabədidə qumbara partlayıb.

Hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Baş vermiş hadisə nəticəsində 5 nəfərin öldüyü, yaralanların olduğu bildirilir. İlkin məlumata görə, onlar eyni ailənin üzvləridir.

Faktla bağlı araşdırma başlanıb.
 
///apa

OXŞAR XƏBƏRLƏR