Ağcabədidə itkin düşən gəncin meyiti tapıldı

SOSİAL
12:32 07.02.2025
202
Ağcabədidə itkin düşdüyü ehtimal olunan yeniyetmənin meyiti tapılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Adil Əkbər oğlu Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR