Moskvada mobil internet kəsilib

Moskvada mobil internet kəsilib
DÜNYA
22:24 14.03.2026
1046
Moskvada mobil internetdə genişmiqyaslı kəsintilər gündəlik həyata və biznes fəaliyyətinə ciddi təsir göstərir. Rabitə problemləri fonunda sakinlər ratsiya, peycer və stasionar telefonlara daha çox maraq göstərməyə başlayıblar.

Mobil internetdəki fasilələr son günlər paytaxtda rabitə vasitələrinin satışını artırıb.
Bu vəziyyətin həm gündəlik ünsiyyətə, həm də iqtisadi fəaliyyətə mənfi təsir etdiyi bildirilir.

"Roskomnadzor”un monitorinq mərkəzinin məlumatına görə, martın 5-dən etibarən Moskvanın mərkəzində mobil internet trafiki əvvəlki ayla müqayisədə orta hesabla 20 faiz azalıb.

Kreml internet məhdudiyyətlərinin tətbiq olunduğunu təsdiqləsə də, səbəblər barədə geniş məlumat verməyib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, məhdudiyyətlər "sistemli təhlükəsizlik tədbirləri” çərçivəsində həyata keçirilir və lazım olduğu qədər davam edə bilər.

Qeyd edilir ki, bu addımlar Rusiyada internet üzərində dövlət nəzarətinin daha da gücləndirilməsi siyasətinin tərkib hissəsi ola bilər.

Məhdudiyyətlərin ilk günlərində paytaxtın mərkəzində mobil internet, demək olar ki, tamamilə kəsilib. Bir müddət sonra isə yalnız dövlət tərəfindən təsdiqlənmiş bəzi veb-saytlara giriş bərpa olunub. Bu yanaşma "ağ siyahı” sistemi kimi tanınır.

Açıq qalan saytlar arasında dövlət xidmətləri platformaları, bank sistemləri, elektron ticarət saytları və hökumətyönlü media resursları yer alıb.

/qafqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib