Ağcaqanaddan insana keçən virus 42 nəfərin ölümünə səbəb oldu

Ağcaqanaddan insana keçən virus 42 nəfərin ölümünə səbəb oldu
DÜNYA
13:31 02.09.2021
1462
Banqladeşdə yoluxucu və ölümcül virus aşkarlanıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Banqladeşdə yayılmaqda olan "DENV-3” virusu tədqiqatçılar tərəfindən araşdırılmağa başlanıb.

Dang qızdırmasının daha yoluxucu və ölümcül variantı olan DENV-3-ün 20 virus nümunəsinin hamısında aşkarlandığını bildirən tədqiqatçılar, sözügedən variantın Dəkkə və ölkənin digər bölgələrində surətlə yayılmağa başladığını söyləyiblər. 

Təkcə avqust ayında Banqladeşdə dang xəstəliyinə tutulan 9 min 857 nəfərin xəstəxanaya yerləşdirildiyi, virusa yoluxan 42 nəfərin isə öldüyü bildirilib. 

Dang virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. 

Virusun bu növü adətən iyun və sentyabr aylarında, xususilə "yağışlı mövsümlər" olaraq bilinən dekabr və mart aylarında daha da artır. 

Elm adamları yüksək temperatur və uzun müddət yağan yağışların malyariya və dang qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olduğunu xəbərdar ediblər.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR