Ağcaqanadlar 59 nəfəri öldürdü

DÜNYA
10:41 22.06.2013
2038
Taylandda ağcaqanadlardan yoluxan virusdan ölənlərin sayı 59-a çatıb.AZXEBER.COM-un xarici mətbuata istinadən verdiyi məlumata görə, ölümcül xəstəliyin yağış mövsümündə daha da sürətlə yayıldığı bildirilib.Ölkənin Səhiyyə Nazirliyinin səlahiyyətliləri ağcaqanadlardan yoluxan virusun yaratdığı qızdırma epidemiyasının bu ilin ilk 6 ayında 49 min nəfərdə qeydə alındığını açıqlayıb.Virus daşıyan ağcaqanadların sancması ilə yoluxan xəstəlik yüksək temperatur, baş ağrısı, dəri səpgiləri kimi narahatçılıqlara səbəb olur, bəzi hallarda ölümlə nəticələnir.

OXŞAR XƏBƏRLƏR