"Access2Success": AccessBank qadın sahibkarlar üçün proqrama start verir

"Access2Success": AccessBank qadın sahibkarlar üçün proqrama start verir
İQTİSADİYYAT
10:23 19.04.2022
285
Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlim proqramına başlayır.
 
AZXEBER.COM xəbər verir ki, bankın bu təşəbbüsü mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləmək məqsədi daşıyır. 

Proqram haqqında: Proqram bir sıra nəzəri və praktiki təlimlərdən ibarətdir və artıq biznes təcrübəsi olan, öz səhvləri və uğurları tarixinə malik, əldə etdikləri ilə məhdudlaşmaq istəməyənlər xanımlar üçün nəzərdə tutulub. Biznesin əsas elementlərini əhatə edən proqram öz təcrübələrini bölüşməyə hazır olan təlim iştirakçıları və təlimçilər arasında effektiv kommunikasiya üçün platforma təqdim edir. 
İştirakçılar bizim proqramdan nə əldə edəcəklər: Proqram sahibkarlara yeni nəzəri biliklər əldə etməklə yanaşı, praktiki olaraq əldə etdikləri bilikləri öz biznes fəaliyyətlərində tətbiq etmək imkanı verəcək. Təlim proqramı nəticəsində iştirakçılar öz bizneslərinə dair yaxın gələcəkdə və uzunmüddətli perspektivdə inkişafı üçün fəaliyyət planını qura biləcəklər. Bundan əlavə, proqramın iştirakçıları biznesin genişləndirilməsi və gələcək inkişafı üçün AccessBank-dan xüsusi təkliflər əldə edəcəklər. Həmçinin qadın sahibkarlar bank və onun tərəfdaşları tərəfindən xüsusi hədiyyələr qazanacaqlar.

Sessiya mövzuları: Sessiyalar biznesin strateji inkişafı, dövlət qurumlarına hesabatların verilməsi, satış və marketinq (o cümlədən rəqəmsal marketinq), elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edəcək. Proqrama geniş təcrübəyə malik olan biznes sahibləri tərəfindən master klasslar, eləcə də bank işçilərinin əlavə maliyyə vəsaitlərinin cəlb olunması barədə tövsiyələri daxildir. 

Tarixlər: Həftənin cümə və şənbə günləri baş tutacaq 6 həftəlik təlim və praktiki məşğələlər proqramına mayın 13-də start veriləcək. Təlimlər Azərbaycan dilində aparılacaq. 

Tələblər: Proqramda ən azı son 6 ay ərzində rəsmi biznes fəaliyyəti olan, istər fərdi sahibkar, istərsə də öz mikro, kiçik və orta biznesini idarə edən və onu genişləndirmək niyyətində olan istənilən sahibkar xanımlar iştirak edə bilər. 

İştirak üçün müraciət: Proqramda iştirak üçün linkə daxil olaraq müraciət edə bilərsiniz. Müraciət üçün son tarix 1 may 2022-ci ildir.
Hər hansı bir sual yaranarsa, [email protected] elektron ünvanına və ya +994(55)250-82-44 WhatsApp nömrəsinə müraciət edə bilərsiniz. 
Məqsədyönlülük uğurlu insanlara xas xüsusiyyətidir. AccessBank komandası əmindir ki, bu proqramda iştirak etmək üçün müraciət edəcək hər kəs qeyd olunan xüsusiyyətə malikdir. 
Sahibkarlarımıza qarşılarına qoyduqları məqsədlərinə tezliklə çatmaqlarını arzu edirik. Bizə qoşulun, sizi qarşıda altı maraqlı həftə gözləyir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR