“AccessBank” 2020-ci ilin dördüncü rübünü mənfəətlə başa vurdu

“AccessBank” 2020-ci ilin dördüncü rübünü mənfəətlə başa vurdu
İQTİSADİYYAT
11:55 27.01.2021
671
Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan "AccessBank” 2020-ci il üzrə dördüncü rüb üzrə maliyyə göstəricilərini elan edib.

AZXEBER.COM xəbər verir ki, göstəricilər ilə tanış olmaq üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

Dördüncü rübdə bank tərəfindən 87 milyon manat dəyərində kredit verilib. Bankın kredit portfeli isə 502 milyon manat təşkil edib.

Bundan başqa, üç ay ərzində Bankın müştərilərinin vəsaitləri 21 milyon manat artıb. Bu göstəricidə hüquqi şəxslərin payı 13 milyon manat təşkil edib.

2020-ci il üçün Bankın xalis mənfəəti isə 2,6 milyon manat olub

Hazırda Bankın məcmu kapitalı 79.2 milyon manat təşkil edir. Bu göstərici isə məcmu kapital normasından (50 milyon manat) 29.203 milyon manat çoxdur.

Dekabr ayının sonuna Bankın ani likvidlik əmsalı 79.6% təşkil edib, bu isə normadan (30%) təxminən 3 dəfə yüksəkdir.

2020-ci ilin 4-cü rübünün nəticələrini şərh edən "AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgenia Qaşikulina bildirib: "2020-ci il pandemiya ilə əlaqəli tətbiq olunmuş karantin rejimi fonunda iqtisadi fəaliyyətin endiyi bir il oldu. Buna baxmayaraq, "AccessBank” missiyasına sadiq qalaraq, mikro, kiçik və orta sahibkarlara hərtərəfli dəstək oldu. Bu il dəstək yalnız maliyyə təminatında deyil, həm də pandemiyadan əziyyət çəkən bizneslərin kreditlərinin aktiv şəkildə restrukturizasiya olunmasında idi. Bundan başqa, bir neçə ildən sonra ilk dəfə olaraq, Bankımız ili mənfəətlə başa vurdu. Həmçinin, "AccessBank” nüfuzlu beynəlxalq "The Banker” jurnalı tərəfindən "İlin Bankı” seçildi. Biz, 2021-ci ilə pozitiv baxırıq və bölgələrdə fəal iştirakımız və aqro-sahibkarlara dəstəyimiz sayəsində, biznesin inkişaf perspektivini görürük”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
20:48 26.10.2026
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb
20:42 26.10.2026
Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
20:37 26.10.2026
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul ediblər
20:35 26.10.2026
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul ediblər
Sabah 30 kənddə qaz olmayacaq
20:30 26.10.2026
Sabah 30 kənddə qaz olmayacaq
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
20:27 26.10.2026
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib
20:17 26.10.2026
MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb
20:13 26.10.2026
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək
20:11 26.10.2026
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
20:07 26.10.2026
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Ermənistan Azərbaycanla birgə ekoloji layihələr həyata keçirməyə ümid edir
20:02 26.10.2026
Ermənistan Azərbaycanla birgə ekoloji layihələr həyata keçirməyə ümid edir
“Sabunçu Emin” və Elmar haqda da qərar verildi
20:00 26.10.2026
“Sabunçu Emin” və Elmar haqda da qərar verildi
Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb
19:47 26.10.2026
Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
19:31 26.10.2026
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib
19:10 26.10.2026
Böyük Britaniya Sudandakı münaqişənin 15 iştirakçısına qarşı sanksiyalar tətbiq edib
Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
18:57 26.10.2026
Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır