AccessBank 2023-ci ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqladı

AccessBank 2023-ci ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqladı
İQTİSADİYYAT
17:22 16.10.2023
621

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

Bank, 2023-cü ilin 3-cü rübü ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

-Kredit portfeli 29.7% artaraq, 992.4 milyon manata yüksəlib.

-Kredit portfelinin 75.8%-ni biznesə ayrılmış kreditlər təşkil edir. Biznes portfeli 22.8 % və ya 139.8 milyon manat artıb.

AccessBankın mənfəətlilik göstəriciləri də proqressiv artım nümayiş etdirib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

-Faiz gəlirləri 41.6% artaraq, 142 milyon manata çatıb. Xalis faiz gəlirləri isə 55.2% artıb və 88.7 milyon manata yüksəlib.

-Qeyri-faiz gəlirləri 57.2% artaraq, 13.4 milyon manata çatıb.

-Xalis əməliyyat mənfəəti 3.1 dəfə artaraq, 40.9 milyon manata çatıb.

-Xalis mənfəəti də 2022-ci ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 5.6 dəfə artaraq 29.3 milyon manata çatıb. 

Bütövlükdə, Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32.5% artaraq, hesabat dövrünün sonunda 1.4 milyard manata çatır.

-Eyni zamanda, bankın likvid aktivləri 331.1 milyon manat təşkil edir ki, bu da cəmi aktivlərin 23.7%-i həcmindədir.

-Bankın depozit portfeli 27.8% artaraq 1025.6 milyon manat təşkil edir.

-Əhalinin müddətli əmanətləri 22.7% artaraq, 680.6 milyon manata çatıb. Bu isə, əhali arasında AccessBank – a olan güclü inamın əsas göstəricilərindən biridir.

AccesBankın kapital buferi də böyüyüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcmu kapitalın həcmi 52.4% və ya 46 milyon manat artaraq 133.9 milyon manata çatıb ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə artıqdır.

Bankın fəaliyyət şəbəkəsi 14–ü Bakıda, 18-sı bölgələrdə olmaqla, 32 filial üzərindən təşkil olunub, həmçinin müştərilərə rəqəmsal xidmətlər təqdim olunmaqdadır.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
16:48 16.09.2025
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Şimşək çaxacaq, leysan yağacaq
16:45 16.09.2025
Şimşək çaxacaq, leysan yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
16:37 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
16:32 16.09.2025
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
16:32 16.09.2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib