AccessBank COP29 çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edib

İQTİSADİYYAT
12:55 15.11.2024
197

Azərbaycanın aparıcı kommersiya banklarından olan AccessBank, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edib. Bank təqdim etdiyi hesabatda şəffaflıq, sosial və ekoloji təsir, eləcə də davamlı inkişaf prinsiplərinə sadiqliyini vurğulayıb.

Hesabatda AccessBank-ın maliyyə dayanıqlığı sahəsində əldə etdiyi nailiyyətlər və strateji təşəbbüsləri təqdim edilib. Xüsusilə, davamlı və yaşıl maliyyələşdirmə, risklərin idarə edilməsi, sosial məsuliyyət və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi sahəsində atılan addımlar və təşviq edilən təşəbbüslər ön plana çıxarılıb.

Hesabatla daha ətraflı tanış olmaq üçün linkə keçid edin: Sustainability Report

Təqdimatdan sonra "ESG İnteqrasiyası: Yaşıl maliyyə və məsuliyyətli bankçılıq vasitəsilə dayanıqlı artımın təmin edilməsi" mövzusunda panel müzakirələri keçirilib. Müzakirələrdə spikerlər qismində AccessBank-ın İdarə Heyəti Sədrinin Müavini və Baş Maliyyə İnzibatçısı Orxan İsmayılov, Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya ölkələrində özəl sektorun inkişafı üzrə regional rəhbəri Enriko Pinali və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz ölkələri üzrə regional rəhbəri Alkis Vriyenios Drakinos iştirak ediblər.

Beynəlxalq maliyyə institutlarının nümayəndələri AccessBank-ın şəffaf və dayanıqlı maliyyə hesabatlılığının tətbiqi sahəsindəki səylərini dəstəkləyib, təqdim edilən hesabatın yüksək səviyyədə hazırlanmasını qeyd edib və regionun maliyyə sisteminin inkişafı üçün bu cür təşəbbüslərin vacibliyini vurğulayıblar. Bundan əlavə, maliyyələşmənin gələcək imkanları və subordinasiyalı kreditlərin maliyyə inklüzivliyinin artırılması istiqamətindəki əhəmiyyəti müzakirə edilib.

Hesabatın təqdim edilməsi AccessBank üçün səhmdarlar və tərəfdaşlar arasında etimadın gücləndirilməsi və davamlı inkişaf prinsiplərinin bankın strategiyasına inteqrasiyası baxımından mühüm bir addım olub. 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz. 

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir