Bakıda insan resurslarının idarə edilməsi üzrə beynəlxalq tədbir – "Global HR SUMMIT 2023" keçirilib. BMT-nin Dayanıqlı İnkişaf məqsədlərindən olan "Layiqli Əmək və İqtisadi İnkişaf” (Decent Work & Economic Growth) devizi altında keçirilən sammitə 50 ölkədən 700-dən çox iştirakçı qatılıb.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə beynəlxalq jurinin dəyərləndirməsi əsasında 9 nominasiya üzrə şirkətlərin mükafatlandırılması mərasimi də baş tutub. AccessBank-ın İnsan Resursları departamenti "Ən Yaxşı İşçi Məmnuniyyəti (işçi bağlılığı) Strategiyası” üzrə qalib seçilib.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
![](https://azxeber.com/file/pic/xeber/2023-04/1682581587_2.png)
![](https://azxeber.com/file/pic/xeber/2023-04/1682581579_1-1.png)