Tamamilə xarici səhmdarlara malik AccessBank QSC-in Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə Bankın İdarə Heyətinə yeni üzv təyin edilib.
AZXEBER.COM xəbər verir ki, Mikro və Aqro Müştərilərlə iş üzrə İcraçı Direktor Renat Hümbətov artıq İdarə Heyətinin üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb.
Renat Hümbətov 18 illik bankçılıq təcrübəsinə
malikdir. O, AccessBank komandasına 2005-ci ildə Kredit mütəxəssisi qismində
qoşulub. Cənab Hümbətov 2010-2017-ci illərdə Bankın Qazax filialına,
2017-2021-ci illərdə isə Gəncə filialına rəhbərlik edib. 2020-ci ildə filial rəhbəri
olmaqla yanaşı həm də Regional menecer kimi fəaliyyət göstərib. 2021-2022 illərdə
isə Bankın Mikro və Aqro Müştərilərlə iş üzrə Departamentinin rəhbəri olub. O, 2022-ci ilin aprel ayından Mikro və Aqro Müştərilərlə
iş üzrə İcraçı Direktordur.
Renat Hümbətov Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və İdarəetmə
ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Azərbaycan, rus, ingilis dillərini bilir.