AccessBank-ın rəhbəri Tələbə Təqaüd Proqramının qalibləri ilə görüşüb - FOTOLAR

AccessBank-ın rəhbəri Tələbə Təqaüd Proqramının qalibləri ilə görüşüb - FOTOLAR
İQTİSADİYYAT
16:20 21.12.2018
3627
AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramına seçim mərhələsi yekunlaşıb. 

AZXEBER.COM xəbər verir ki, dörd turdan ibarət seçim mərhələsinə ümumilikdə 800-dən çox tələbə qatılmışdı. Birinci turda tələbələr iştirak üçün onlayn ərizə formasını doldurmalı idisə, ikinci mərəhlədə onların məntiq və riyazi bilikləri yoxlanıldı. Belə ki, tələbələr 60 dəqiqə ərzində 40 testi cavablandırıb. Üçüncü turda iştirakçılar daha bir məharətini nümayiş etdirməli idilər. Sonuncu tura keçmək istəyənlərdən ingilis dilində müxtəlif mövzularda esselərin yazılması tələb olunurdu. Dördüncü tur isə üz-üzə müsahibə yolu ilə keçirildi. Müsahibəni AccessBank-ın müxtəlif sahələrdən olan mütəxəssislərdən ibarət xüsusi komanda həyata keçirib. Müsahibə zamanı namizədlərin akademik bilikləri, dünya görüşü, nailiyyətləri, müsabiqədə iştirak motivasiyası və s. barədə suallar verilib. Çətin seçim qarşısında qalan bank mütəxəssisləri nəticədə 10 nəfəri qalib elan etdi.

Qaliblərlə naharda görüşən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov onların hər birini təbrik etdi. Cənab Həsənov bildirdi ki, AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramı ölkəmizdəki "parlaq zəka"ları üzə çıxardı: "Tələbə Təqaüd Proqramına qatılan hər bir iştirakçı isbat etdi ki, Azərbaycanda təhsil səviyyəsini olduqca yüksəkdir. Bütün elmlərin bünövrəsi təhsillə qoyulur və mən çox şadam ki, qarşımda oturanlar, o cümlədən layihəmizə qatılanlar möhkəm bünövrəyə malik gənclərdir. Mən həm də bir işəgötürən kimi çox sevinirəm ki, sizin kimi bilikli gənclər gələcəkdə öz iş yerində istənilən komandanın gücünə güc qatacaq. Bir şeyi dəqiq bilin ki, AccessBank-ın hər zaman bu cür işçilərə ehtiyacı var və qapımız hər birinizin üzünə açıqdır".

Sədr həmçinin tələbələrin gələcək planları ilə maraqlanıb. Onların əksəriyyəti xaricdə magistr dərəcəsinə yiyələnmək istədiyini bildirib. Buna cavab olaraq Anar Həsənov tələbələrə öz təcrübəsinə əsaslanaraq bəzi məsləhətlərini verib: "Mən də xaricdə təhsil almışam, lakin karyeramı vətənimdə davam etdirmişəm. Hesab edirəm ki, Azərbaycanın sizin kimi gənclərə ehtiyacı var. Amma siz karyeranızı xaricdə qurmaq niyyətindəsinizsə, şübhəm yoxdur ki, hər biriniz Azərbaycanı layiqincə təmsil edəcək".

Qeyd edək ki, Tələbə Təqaüd Proqramı üzrə seçilmiş 10 şəxs növbəti semestr ərzində AccessBank-dan aylıq 100 AZN təqaüd alacaq. Bununla bərabər həmin tələbələr bankda təcrübə keçmək və bankın müxtəlif təlim və korporativ tədbirlərində iştirak etmək şansı əldə ediblər. 

Qaliblərin siyahısı bankın rəsmi Facebook Instagram səhifələrində dərc olunub. Əlavə edək ki, qaliblərdən 3-ü UNEC-in, 3-ü ADA Universitetinin, 3-ü Bakı Mühəndislik Universitetinin, 1-i isə "Xəzər" Universitetinin tələbəsidir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq