AccessBank yeni depozit kampaniyasına start verib. Kampaniya ərzində bankda manatla yeni depozit yerləşdirən müştərilər illik 10.7%-dək gəlir əldə edəcəklər.
AZXEBER.COM xəbər verir ki, müddətli depozit ilə 50 manatdan başlayan istənilən məbləği 6 aydan 24 ayadək müddətə banka yerləşdirmək olar. Üstəlik, faizləri həm hər ay, həm də müddətin sonunda əldə etmək mümkündür.
AccessBank-a depozit yerləşdirməyin üstünlükləri:
· Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.
· Sərfəli depozit faizi əldə edirsiniz.
· Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
Müddətli əmanət haqqında ətraflı məlumat:
Müddətli depozit | 10.7% - dək Qazanc | Onlayn sifariş et (accessbank.az)
Təklif olunan depozit haqqında məlumat əldə etmək üçün AccessBank-ın 151 Əlaqə mərkəzinə zəng etmək və ya bankın filiallarına yaxınlaşmaq olar.