Sizin yerli Avropa bankınız AccessBank, ölkəmizdə nağdsız ödənişlərin genişləndirilməsi və müştərilərin loyallığının artırılması məqsədi ilə yeni kampaniyaya start verir.
AZXEBER.COM xəbər verir ki, kampaniya çərçivəsində 1 may 2024-cü il tarixindən 31 iyul 2024-cü il tarixinədək yeni "OK” kredit kartı sahibləri ilk 5 alış-veriş üzrə minimum 50 AZN-lik tranzaksiyaya görə 25 AZN-dək keşbek qazanmaq imkanı əldə edəcəklər.
"OK” kredit kartını sifariş vermək üçün linkə keçid edin: https://www.accessbank.az/az/private/creditcard/ok-kart/
"OK” kredit kartının sahibləri minimal əmək haqqı ilə faizsiz kredit kartının əldə edilməsi, 30 günədək güzəşt müddəti, keşbek – partnyor şəbəkəsi üzrə 30% - dək, seçilmiş partnyor kateqoriyası üzrə isə 7% - dək keşbek əldə etmə imkanı, Bakı şəhəri və Abşeron üzrə əlavə ödəniş olmadan ünvana çatdırılma və sair üstünlüklərdən yararlana bilər.
Yeni keşbek kampaniyası müştərilərimizin hər alış-verişini daha zövqlü və sərfəli etmək məqsədi ilə həyata keçirilir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 20-u bölgələrdə olmaqla, 34 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.