AccessBank filial şəbəkəsini genişləndirməkdə davam edir.
AZXEBER.COM xəbər verir ki, bank, sayca 31-ci filialını Tovuz şəhərində açıb. Yeni konseptsiya əsasında təmir edilən filial rayonun Aşağı Öysüzlü kəndində yerləşir.
Tovuz filialında müştərilərə əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin vəödəniş kartlarının təqdim edilməsi kimi bank xidmətləri təklif olunur.
AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi layihəsini uğurla həyata keçirir. Son 3 ildə Bankın Binəqədi, Mərdəkan, Lənkəran filiallarında yenidənqurma işləri aparılıb, Şəmkir və Naxçıvan filiallarının isə açılışı reallaşdırılıb.
Layihəyə uyğun olaraq, digər mövcud filialların yeni konseptsiyaya uyğun təmir olunması və yeni filialların açılması nəzərdə tutulub.