AccessBank və Tegeta Motors Baku əməkdaşlıq müqaviləsi imzaladılar

AccessBank və Tegeta Motors Baku əməkdaşlıq müqaviləsi imzaladılar
İQTİSADİYYAT
12:09 16.02.2024
781

Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafını fəal təşviq edən, aparıcı maliyyə institutu olan AccessBank, ixtisaslaşdırılmış avadanlıqların ehtiyat hissələrinin satışı, servisi və təchizatı sahəsində tanınmış lider - Tegeta Motors Baku ilə müqavilə imzalayıb. Maliyyə əməkdaşlığı və xüsusi texnikanın satışını əhatə edən müqavilə sonradan uzadılma imkanı ilə 12 aylıq müddəti əhatə edir.

AZXEBER.COM xəbər verir ki, "Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafının dəstəklənməsi AccessBank-ın prioritet istiqamətlərindəndir və biz maliyyə əlçatanlığının təmin edilməsi və sahibkarlar üçün güzəştli şərtlərlə xüsusi avadanlıqların alınması prosesinə növbəti töhfəmizi verməkdən məmnunuq. AccessBank etibarlı tərəfdaş kimi sahibkarların etimadını qazana bilib və biz bundan sonra da bu prinsipə sadiq qalaraq, sahibkarlığın inkişafının müxtəlif mərhələlərində dəstək olacağıq”, - deyə, AccessBank-ın İdarə Heyətinin üzvü, Mikro və Aqro sahibkarlarla iş üzrə İcraçı Direktoru Renat Hümbətov bildirib.

 

"Biz şadıq ki, AccessBank ilə birlikdə müştərilərimizə sərfəli şərtlərlə xüsusi avadanlıq almaq imkanı təklif edə bildik. Tegeta şirkəti Britaniyanın JCB brendinin Azərbaycandakı eksklüziv nümayəndəsidir. JCB-nin birinci dərəcəli tikinti və xüsusi avadanlıqlarına əlavə olaraq, biz müştərilərimizə satış sonrası xidmət təklif edirik. Şirkətimiz təkcə pərakəndə satış seqmentində deyil, həm də korporativ sektorda da xüsusi avadanlıqlar üçün ehtiyat hissələri satır. Biz tikinti, logistika və neft sənayesində aparıcı şirkətlərlə əməkdaşlıq edirik. Müvafiq olaraq, hesab edirik ki, AccessBank ilə imzalanmış əməkdaşlıq müqaviləsi sahibkarlıq fəaliyyətinin inkişafının təşviqində daha bir mühüm addımdır”, - Tegeta Motors Baku-nun direktoru Aleksandr Lapereşvili bildirib.

 

Daha ətraflı məlumat əldə etmək və xüsusi şərtlərlə kreditlə avadanlıq almaq üçün 151 nömrəsinə zəng etməklə, həmçinin bankın sosial şəbəkələrdəki səhifələrinə (Facebook,Instagram,LinkedIn) daxil olaraq bilərsiniz.

 

2017-ci ilin fevral ayında beynəlxalq Tegeta Motors şirkəti tərəfindən yaradılmış Tegeta Motors Baku xüsusi avadanlıqların təmiri, texniki xidməti və ehtiyat hissələrinin satışı üzrə lider mövqe tutur. Azərbaycanın aparıcı şirkətlərindən birinə çevrilərək qısa zamanda istifadəçilərin rəğbətini qazanıb. Təkcə pərakəndə satışla deyil, həm də xüsusi texnika üçün ehtiyat hissələrinin korporativ satışı ilə məşğul olan Tegeta Motors Baku, tikinti, yükdaşıma və neft sektorunda aparıcı şirkətlərlə əməkdaşlıq edir. Tegeta Motors müştərilərinə yüksək səviyyəli xidmət və müştəri məmnuniyyətini təmin etməklə Bakı, Çin, Türkiyə və bir çox Avropa ölkələrindən keyfiyyətli məhsullar təklif edir.

 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.

 

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"