AccessBank və Visa Azərbaycanda açılan ilk kobrend filialında ağıllı kartomat təqdim etdilər - FOTOLAR

AccessBank və Visa Azərbaycanda açılan ilk kobrend filialında ağıllı kartomat təqdim etdilər - FOTOLAR
İQTİSADİYYAT
17:12 13.03.2024
412

13.03.2024. Bank sektorunun aparıcı oyunçularından olan AccessBank və rəqəmsal ödənişlər üzrə qlobal lider Visa, Azərbaycanda ilk innovativ kobrend filialını açmaq üçün birləşib.  Bakının Səbail rayonu, R.Rza küçəsi 15 ünvanında yerləşən ilk kobrend filialının açılması Azərbaycanda bank müştərilərinin yeni xidmət səviyyəsi ilə təmin olunmasına şərait yaradacaq.

Xidmət sahəsində innovasiyaların tətbiqi siyasətinə sadiq qalan AccessBank və Visa, müştəriləri ödəniş kartlarının istehsalını sürətləndirmək üçün nəzərdə tutulan Smart Embosser Machine (SEM) ağıllı terminalı ilə sevindirəcəklər. Kobrend filialının əsas üstünlüyü olan yeni terminal müştərilərə adlı kredit və debet kartlarını bir dəqiqə ərzində yerində çap edib əldə etmək imkanı yaradır.

"Biz Azərbaycanda qlobal ödəniş lideri Visa ilə kobrend filialı açan ilk bank olmaqdan qürur duyuruq, bu, bizim etibarlı tərəfdaş kimi imicimizin əlavə sübutudur. Biz həmçinin məmnuniyyətlə bildiririk ki, bu əməkdaşlıq müştərilərə xidmət, nağdsız ödənişlərin təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində yenilikləri tətbiq etməyə imkan verəcək”, - filialın açılışında AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev bildirib.

"AccessBank uzun illərdir ki Visa-nın strateji və etibarlı tərəfdaşıdır. Bu gün açılan filial adi formatdan fərqlənir - burada kovorkinqdə və ya kafedə olduğu kimi rahat atmosfer yaradılıb. Eyni zamanda, burada müştərilərlə işləmək üçün innovativ texnologiyalardan istifadə edilir. Məsələn, kart istehsalı üçün yüksək texnologiyalı terminallar quraşdırılıb - indi siz Visa kartlarını daha sürətli və daha rahat əldə edə bilərsiniz. Biz AccessBank-la əməkdaşlığımızdan qürur duyuruq və əminik ki, birlikdə Azərbaycanın nağdsız iqtisadiyyatını inkişaf etdirməyə davam edəcəyik”, - Visa-nın Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropada baş vitse-prezidenti və regional meneceri Kristina Doroş deyib.

İnnovativ və rahat maliyyə həllərinin tətbiqi AccessBank-ın fəaliyyət prioritetərindəndir. Bank bu istiqamətdə fəaliyyətini davam etdirərək, müştərilərin tələblərini ödəməklə, ölkənin bank sektorunun inkişafına öz töhfəsini verəcək.

"AccessBank-Visa”  kobrend filialı müştərilərə iş günləri saat 9:00-dan 18:00-dək xidmət göstərir. Filial həm hüquqi, həm də fiziki şəxslərə maliyyə əməliyyatları üzrə xidmətlər təklif edir.  Müştərilərin rahatlığı üçün burada ATM və Cash In xidmətlərinin göstərildiyi 24/7 fəaliyyət göstərən zona yaradılıb.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 
Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar . Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu