"AccessBank”,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair razılaşma əldə edib.
AZXEBER.COM xəbər verir ki, razılaşmaya əsasən, "AccessBank”ın biznes fəaliyyəti ilə məşğul olan və pandemiya səbəbindən biznes kreditlərini ödəməkdə çətinlik çəkən cari müştəriləri bir çox güzəştlərdən yararlana biləcəklər.
Belə ki, Bankın 10 mart 2020-ci il tarixinədək kredit ödəməsində 60 gündən çox gecikməsi olmayan cari müştəriləri bununla bağlı olaraq, Banka müraciət edə bilərlər. Bu zaman müştərinin sənədləri dövlət tərəfindən güzəşt əldə olunması üçün toplanaraq SİF-na təqdim olunur.
Müraciət təsdiqləndiyi halda, müştərinin kreditinin 1 illik faizinin 10%-i 2020-ci ilin mart ayından etibarən dövlət tərəfindən ödəniləcək.