“AccessBank”ı məhkəməyə verdi - 715 min dollar tələb edir

İQTİSADİYYAT
13:08 10.06.2016
2884

Dünən Yasamal Rayon Məhkəməsində hakim Rafael Əliyevin sədrliyi ilə məhkəmə iclası keçirilib.

AZXEBER.COM-un məlumatına görə, iclasda “Mətbuat” firmasının təsisçisi Emin Axundovun “AccessBank QSC”-nə qarşı iddia ərizəsinə baxılıb. İddiaçı Emin Axundov və onun nümayəndəsi Natiq Qocayev mövcud iddia ərizəsi ilə bağlı məhkəmə heyətinə ətraflı məlumat veriblər. 

Daha sonra “AccessBank QSC”-nin nümayəndəsi Elman Ağayev mübahisə predmeti olan kredit müqaviləsinin müddətinin bitdiyini bildirərək, məhkəmə iddiasının təmin olunmaması üçün hakimə və qarşı tərəfə yazılı şikayət məktubu təqdim edib. Hakim Rafael Əliyev “AccessBank QSC”-nin nümayəndəsindən mövcud mübahisə predmeti olan kredit müqaviləsini və digər sənədləri növbəti məhkəmə iclasına qədər məhkəməyə təqdim etməsini tapşırıb. Növbəti məhkəmə iclası 05 iyul 2016-cı il tarixinə saat 11:15-ə təyin olunub.

Xatırladaq ki, Emin Axundov 2007-ci ildə “AccessBank QSC”-dən üç il müddətinə 60000 ABŞ dolları məbləğində kredit götürüb və krediti vaxtlı vaxtında ödəyərək bağlayıb. Sonradan məlum olub ki, “AccessBank QSC” Kredit Planına əsasən ondan artıq pul alıb.Aldadıldığını iddia edən Emin Axundov bankdan 715854.70 ABŞ dolları təzminat istəyir

OXŞAR XƏBƏRLƏR