“Açıb oxusunlar, biz itaətkar xalq olmamışıq” - Deputat

“Açıb oxusunlar, biz itaətkar xalq olmamışıq” - Deputat
SİYASƏT
17:24 18.10.2021
498

"Bəzi qonşu və digər dövlətlər elə hesab edirlər ki, onlar güclü olduqları üçün biz onlara müqavimət göstərməməliyik, amma onlar səhv edirlər”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat bildirib ki, Azərbaycan xalqı tarixən itaətkar xalq olmayıb: "Özünü güclü hesab edən dövlətlər, istər qonşuluqda, istərsə də qonşuluqdan kənarda, onlar belə hesab edirlər ki, böyük dövlət olduqları üçün, güclü dövlət olduqları üçün biz heç bir müqavimət göstərmədən, heç bir mübarizə aparmadan onların bütün istəklərinə, tələblərinə, göstərişlərinə əməl etməliyik. Hətta bu, bizim ziyanımıza, zərərimizə olsa belə, onların dediklərini edəcəyimizi düşünürlər. Ancaq onlar səhv edirlər. Azərbaycan xalqı tarixən itaətkar xalq olmayıb. Açıb Azərbaycan xalqının tarixini oxusunlar. Bizim çox qədim və zəngin tariximiz var. Azərbaycan xalqı həmişə özünün müstəqilliyi, özünün azadlığı uğrunda çarpışıb vuruşmuş, mübarizə aparmış xalq olub. Həm də çox böyük qüvvələrə qarşı”.

Elman Məmmədov qeyd edib ki, Prezidentin sonuncu Fizuli səfərindəki çıxışı bir sıra mesajlarla yadda qaldı: "Prezident İlham Əliyev də öz çıxışında bildirdi ki, biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq. Bu fikirdə böyük məna var. Yəni kimsə elə hesab edirsə ki, bəlkə bizim sayımız azdır, ya ərazimiz kiçikdir deyə kimlərəsə tabe olmalıyıq, onların diqtəsi ilə oturub durmalıyıq, yanılırlar. Biz müstəqil dövlətik. Öz müstəqilliyimizi qorumaq üçün də bütün gücümüzlə həmişə mübarizə aparmışıq və aparacağıq ”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR