“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR

“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR
MƏDƏNİYYƏT
15:19 03.07.2026
328

Mədəni Əlaqələrin İnkişafına Dəstək ictimai birliyi, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin qeyri-hökumət təşkilatları üçün elan olunmuş qrant müsabiqəsi çərçivəsində qalib seçilib.

 

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə keçirilən "Açıq Səma Altında Ağ Pərdə” adlı layihəüç aylıq müddəti əhatə edib.


Layihənin əsas məqsədi Azərbaycanın zəngin mədəni və kino irsinin rəqəmsal mühitdə qorunması, qlobal bazara çıxarılması, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eyni zamanda regionlarda maarifləndirici film gecələrinin təşkili vasitəsilə əhali arasında kinomədəniyyətinin və milli irsə marağın artırılmasına dəstək verməkdir.


Layihə çərçivəsində "Kinobox.az” platforması üzərindən yerli filmlərin nümayişi təmin edilmişdir. 2026-cı ilin iyun ayı ərzində Şamaxı Heydər Əliyev Parkında, Lənkəran Mədəniyyət Mərkəzinin ərazisi, Qax Heydər Əliyev Mərkəzində və Balakən rayon Mərkəzi Parkında açıq səma altında maarifləndirici film gecələri təşkil olunub.


Tədbirlər iki hissədən ibarət keçirilmişdir:

·Birinci hissədə mütəxəssislər tərəfindən mədəni irsin qorunması, rəqəmsal platformalarda təbliği və kino sənayesinin inkişafı mövzularında maarifləndirici çıxışlar;

·İkinci hissədə isə seçilmiş bədii filmlərin açıq hava nümayişi keçirilmişdir.

Layihə çərçivəsində Elvin Abdullanın "Xənnas”, Rafiq Hacıyevin "Oriondan sevgilərlə”, Samir Kərimoğlununun "Torpağı sanı yaşayasan” filmləri nümayiş olundu. İzləyicilər tərəfindən geniş marağa səbəb olan filmlər rəğbətlə və alqışlarla qarşılandı. "Açıq Səma Altında Ağ Pərdə” layihəsinə uğurla yekun vuruldu.

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR