Xalq artisti ermənilərin “Arşın mal alan”ı oğurlamasından danışdı - VİDEO

Xalq artisti ermənilərin “Arşın mal alan”ı oğurlamasından danışdı - VİDEO
MƏDƏNİYYƏT
15:15 24.06.2026
1629
Ermənistanda çəkildiyi bildirilən videoda küçə musiqiçilərinin Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" operettasından bir parçanı ifa etdiyi görünür.

Diqqət çəkən məqam isə videonun üzərində həmin musiqinin "Ermənistanın milli musiqisi" kimi təqdim edilməsidir. Bu isə sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub. "Arşın mal alan" 1913-cü ildə Üzeyir Hacıbəyli tərəfindən yazılıb və Azərbaycan musiqi mədəniyyətinin ən tanınmış əsərlərindən biridir.

Xalq artisti Yalçın Adıgözəlov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan musiqi irsinin mənimsənilməsi cəhdləri uzun illərdir müşahidə olunur:

"100 ildən çoxdur ki, ermənilər "Arşın mal alan”ın onlara məxsus olduğunu iddia edirlər. Lakin tarixi faktlar bu iddiaları təsdiqləmir. Müxtəlif dövrlərdə Fikrət Əmirov, Səid Rüstəmov və Vasif Adıgözəlov kimi Azərbaycan bəstəkarlarının əsərləri ilə bağlı da oxşar iddialar səsləndirilib”.


Y. Adıgözəlov qeyd edib ki, Azərbaycan və erməni xalqları uzun illər qonşuluq şəraitində yaşayıblar:

"Ermənilər bizə ən yaxın xalqlardan biri hesab olunur. Tarix boyu mətbəx, adət-ənənə, musiqi və rəqs nümunələri ilə bağlı müxtəlif mübahisələr olub. Gürcülərlə də qonşuyuq, lakin onların özünəməxsus mədəni irsi aydın şəkildə formalaşıb”.

Xalq artisti həmçinin erməni bəstəkarı Aram Xaçaturyanın Üzeyir Hacıbəylinin yaradıcılığına verdiyi yüksək qiyməti xatırladıb:

"Aram Xaçaturyan dəfələrlə qeyd edib ki, Üzeyir Hacıbəylinin əsərləri və nəzəri irsi onun formalaşmasında mühüm rol oynayıb. O, bunu açıq şəkildə etiraf edir və Üzeyir bəyin yaradıcılığına böyük hörmətlə yanaşırdı”.

Şahanə Ziyad
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bağça müəllimləri imtahan verəcək
10:58 13.11.2026
Bağça müəllimləri imtahan verəcək
Meyiti tapılan Mirzəcan baba ilə bağlı - Yeni detallar
10:56 13.11.2026
Meyiti tapılan Mirzəcan baba ilə bağlı - Yeni detallar
Bakıda qadın sürücü həmcinsini vurub öldürdü
10:45 13.11.2026
Bakıda qadın sürücü həmcinsini vurub öldürdü
“Kontakt”da ilin ən böyük endirimləri başladı
10:40 13.11.2026
“Kontakt”da ilin ən böyük endirimləri başladı
Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama: Subsidiyalar tam ödənilib
10:37 13.11.2026
Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama: Subsidiyalar tam ödənilib
Qubada ağır qəzada ölən gənc 4-cü kurs tələbəsi imiş
10:33 13.11.2026
Qubada ağır qəzada ölən gənc 4-cü kurs tələbəsi imiş
Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
10:23 13.11.2026
Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir
10:21 13.11.2026
Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir
Bakıda bəzi ərazilərdə qaz olmayacaq
09:52 13.11.2026
Bakıda bəzi ərazilərdə qaz olmayacaq
IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək
09:49 13.11.2026
IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
09:45 13.11.2026
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
09:33 13.11.2026
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
Səfir: Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elanı ilə daha da möhkəmlənib
09:22 13.11.2026
Səfir: Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elanı ilə daha da möhkəmlənib
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
09:10 13.11.2026
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
09:02 13.11.2026
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
08:55 13.11.2026
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır