Qubada avtomobil qəzasında dünyasını dəyişən Fəqan Ədilov tələbə olub.
AZXEBER.COM Oxu.Az-a istinadın xəbər verir ki, bir neçə gün öncə rayon ərazisində "Niva" avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində dünyasını dəyişən Fəqan Ədilov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 4-cü kurs tələbəsi olub.
Mərhum akademiyada maliyyə ixtisası üzrə təhsil alırmış.











































