"Soyadım başqa olsa idi, ondan imtina edərdim" - Səidə

"Soyadım başqa olsa idi, ondan imtina edərdim" - Səidə
MAQAZİN
10:28 16.10.2025
186
"Atam həmişə deyirdi ki, mən olmayanda haqqımda ancaq Səidə danışsın. Bilirdi ki, mən ancaq həqiqəti deyirəm".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova deyib.
 
"Tarixin bir günü"ndə qonaq olan sənətçi, yaşadığı qalmaqallardan danışıb:
 
"Mən həmişə açılqsözlü olduğum üçün qalmaqal yaşayıram. Laızm olanda efirdən də, şəxsən də sözümü deyə bilirəm. Bu da həmişə belə olacaq, çünki bu tərbiyyəni görmüşəm. Atam sağ olanda mən həmişə susmuşam, çünki böyük olan yerdə mənə söz düşməz. O, özü hər şeyi yerbəyer edirdi. Deyirdi  ki, mən olmayanda mənim haqqımda ancaq Səidə danışsın. Çünki bilirdi ki, mən nə olubsa onu danışacağam, heç nəyi başqaları kimi bəzəməyəcəyəm. Həmişə də onun yanında mən olmuşam. Bu gün də onun adını, soyadını şərəflə qoruyuram. Atamın soyadı Dadaşov olmasa idi, mən bu gün bu soyaddan imtina edərdim".
 
Aysel
OXŞAR XƏBƏRLƏR