Aclığı saatlarla unutduran 3 qida - Dietoloqlar sirri açdı

Aclığı saatlarla unutduran 3 qida - Dietoloqlar sirri açdı
SOSİAL
01:36 18.06.2026
128
Mütəxəssislər uzun müddət toxluq hissi yaradaraq gün ərzində artıq qida qəbulunun qarşısını alan qidaların siyahısını açıqlayıblar.

AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, araşdırmalara görə, zülal və liflə zəngin qidalar aclıq hissini azaltmaqla yanaşı, enerji səviyyəsinin daha stabil qalmasına da kömək edir.

Siyahıda ilk yerdə yumurta qərarlaşıb. Yüksək keyfiyyətli zülal mənbəyi olan yumurta mədənin daha gec boşalmasına səbəb olur və uzunmüddətli toxluq hissi yaradır.

İkinci yerdə yulaf əzməsi göstərilir. Tərkibindəki həll olunan liflər həzmi yavaşladır, qanda şəkərin kəskin dəyişməsinin qarşısını alır və aclıq hissini gecikdirir.

Mütəxəssislərin tövsiyə etdiyi üçüncü qida qrupu isə paxlalılardır. Mərcimək, noxud və lobya kimi məhsullar həm zülal, həm də lif baxımından zəngin olduğundan daha uzun müddət tox qalmağa kömək edir.

Dietoloqlar qeyd edirlər ki, bu qidaların gündəlik rasiona daxil edilməsi həm sağlam qidalanmaya dəstək verir, həm də artıq çəkinin idarə olunmasına müsbət təsir göstərir.
OXŞAR XƏBƏRLƏR