Acun Ilıaclı daha bir kanal alır

MAQAZİN
11:13 20.11.2014
1823
Türkiyənin tanınmış aparıcısı, etdiyi sürprizləri ilə məşhur olan Acun Ilıaclı yenə də insanların diqqətini öz üzərinə çəkə bilib.AZXEBER.COM-un məlumatına görə, TV 8-i satın aldıqdan sonra İngiltərə Premyer Liqası matçlarını şifrəsiz yayımlayan və futbolsevərləri artıqlaması ilə sevindirən Acun Ilıcalı daha bir kanal alacaq.Bu iddianı Türkiyənin tanınmış jurnalistlərindən olan İzzət Çapar özünün köşə yazısında ortaya atıb. Çapa Ilıcalının Yunanıstanda bir televiziya kanalı sahibi olmağa hazırlaşdığını açıqlayıb.Jurnalist yazısında “Sürprizlərin dadını qaçırmağı heç sevmirım, amma bu xəbəri ilk mən vermək istədim. Bizim Acun, Yunanıstanın ən böyük kanallarından birini satın almaq üzrəymiş. Hətta bu həftəsonu komandasını sənədləri imzalamaq üçün Yunanıstana göndərəcək. Sevin və ya sevməyin, Acunun müxbirlikdən produserliyə, oradan kanal sahibliyinə, indi də beynəlxalq media rəhbərliyinə uzanan uğur nağılına baş əyməmək mümkün deyil”, - sözlərini qeyd edib.
OXŞAR XƏBƏRLƏR