Acun Ilıcalı daha bir klubu aldı

İDMAN
11:52 09.06.2023
658
İngiltərə klubu "Hull City"ni alan və sərmayələrini futbol arenasına daşıyan Acun Ilıcalı bu dəfə İrlandiya Liqası komandalarından olan "Shelbourne FC"nin əksər səhmlərini aldığını açıqlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Acun Ilıcalı sosial şəbəkədə məlumat yayıb.

Ilıcalı sosial media hesabındakı paylaşımında bu fikirləri yazıb:
 
"Hall Siti ilə başlayan güclü futbol sərmayələrimiz, İrlandiya Premyer Liqasının ən köhnə və köklü klublarından biri olan "Shelbourne FC"nin əksər hissələrinin alınması ilə davam edir. Məqsədimiz "Shelbourne FC" ilə birlikdə avrokuboklarda iştirak etmək və əhəmiyyətli uğurlar qazanmaq həmçinin bir çox istedadları dünya futboluna gətirməkdir. Biz İrlandiya futboluna, klubun potensialına və azarkeşlərimizə inanırıq".

Qeyd edək ki, 54 yaşlı Ilıcalının satın aldığı Dublin komandası 20 həftə qalan liqada 29 xalla 5-ci pillədə qərarlaşıb.

Klubun məşqçisi İrlandiya futbolunun əfsanəvi adlarından biri olan Damien Duffdur. "Shelbourne FC"nin 13 dəfə İrlandiya çempionu, 7 dəfə İrlandiya FAI Kubokunu, 20 dəfə Leinster Böyüklər Kubokunu və 1 dəfə İrlandiya Liqa Kubokunun sahibidir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR