Türkiyə və Azərbaycanın birgə layihəsi olan “Acıtan yürek” bədii filminin çəkilişləriylə bağlı seçim turuna münsif kimi qatılacaq Türkiyənin məşhur aparıcısı və prodüseri Acun İlicalının Bakıya gəlişinin dəqiq vaxtı məlumdur. Bu barədə AZXEBER.COM-a layihənin təşkilatçısı Günel Abdullayeva məlumat verib:
“Acun bəy iyun ayının son şənbə günü səhərə yaxın “Acıtan yürek” filminin danışıqlarıyla bağlı Qəbələyə gedəcək və 2 gün orada qalacaq. Qəbələni gəzmək-görmək məqsdiylə türk jurnalistlər də Acun İlicalıyla birgə Qəbələdə olacaqlar.
Filmin seçim turlarına isə Acun İlicalı daha sonra qatılmaq üçün Bakıya gələcək”.
Layihənin mətbuat katibi Fuad Mədətov bildirib ki, Türkiyənin tanınmış rejissoruCansu Kırdar İrmakın ekranlaşdıracağı “Acıtan yürek” filminin final seçim turlarında Türkiyənin məşhur aktyoruSaruhan Hünəlvə “Muhteşem yüzyıl” serialında Hürrəm Sultanı canlandıran aktrisa Məryəm Üzerlidə iştirak edəcək. Adıçəkilən sənətçilərin Bakıya gəlişi qarşıdakı günlərdə məlum olacaq. “Acıtan yürek” filmin çəkilişlərini Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdirəcək.Ozal İbrahimli