Acun Ilıcalı yeni klub almaq istəyir

MARAQLI
12:20 09.12.2022
308
"Hall City”nin sahibi Acun Ilıcalı yeni layihəsini açıqlayıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Futbola yeni bir sərmayə qoymağa hazırlaşan "Hall Siti"nin sahibi Acun Ilıcalı yeni sərmayələri ilə futbol dünyasına təsir etməyə hazırlaşır. 

Acun Ilıcalı, gənc oyunçuların inkişafına töhfə vermək üçün yeni klub almaq istədiyini bildirib: "Mənim fikrim gənc istedadlarımızı inkişaf etdirməyə kömək edəcək başqa bir komanda almaqdır. Buna nail olmaqla, gənclərimizə kömək edəcək bir komanda yaradaraq, bir neçə gənc futbolçunu heyətə qatmaq istəyirəm. Gənc futbilçular rəqabətli oyunlarda özlərini təkmilləşdirməklə daha yüksək səviyyələrə qalxmağımıza kömək edə bilərlər. Bu, mənim başqa bir arzumdur və onu həyata keçirməyə çalışıram. Ümid edirəm ki, buna nail olacağıq”.
 
Günel

OXŞAR XƏBƏRLƏR