Acun İlıcalının “Maribor”unda qalmaqal – baş məşqçi istefa verdi

Acun İlıcalının “Maribor”unda qalmaqal – baş məşqçi istefa verdi
İDMAN
16:03 26.09.2025
241
Sloveniyanın "Maribor” klubunda baş məşqçi Radomir Caloviç gözlənilmədən istefa verib.

AZXEBER.COM xəbər verir ki, məşq zamanı futbolçular Omar Rekik və Benjamin Tette arasında dava düşüb. Baş məşqçi müdaxilə edərək onları ayırmaq istəyəndə zərbə alıb. Bu hadisəni böyük hörmətsizlik kimi qiymətləndirən monteneqrolu mütəxəssis dərhal istefa qərarı verib.

Caloviç bu vəzifəni cəmi 17 gün idi icra edirdi. O, sentyabrın 9-da "Maribor”a gətirilmişdi.

Qeyd edək ki, Acun İlıcalının sahibi olduğu "Maribor” Caloviçdən əvvəl də türkiyəli mütəxəssis Tuğberk Tanrıvermişlə yollarını ayırmışdı.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR