Acun Ilıcalı İnstagramdan Türkiyə, Meksika, Yunanıstan və Rumıniyanın televiziya verilişlərinin izlənmə reytinqlərini paylaşıb.
Acun Ilıcalının xaricdə prodüserliyini etdiyi layihələri böyük uğurla qarşılanıb. Aparıcı ürək sözlərini belə ifadə edib: "Dünya TV tarixində bir ilki həyata keçirdik".
"Ruminiya, Yunanıstan, Meksika və Türkiyədə eyni anda yayımlanan "Survivor" 4 ölkədə də reytinqlərdə birinci olub. Acun həm də gələcək planlarından danışıb:
"Eyni gün 4 ölkədə eyni anda 1-ci olduq. Dünya televiziya tarixində ilk yaşamışıq. Bütün komandamı ürəkdən təbrik edirəm. Əvvəl Kolumbiya sonra Amerikada efirdə olacağıq. Allah yardımçımız olsun".
///Milli.az