‘Ad günüm yaxınlaşır, mənə ‘Gelandewagen’ alsan…’ - Rəqsanə

MAQAZİN
14:36 06.04.2014
4279
Müğənni Rəqsanə İsmayılova bu gün ANS telekanalında yayımlanan “Bazar səhəri Rövşanə Bektaşi ilə” verilişinin qonağı olub.
AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, sənətçi aparıcı R.Bektaşinin ona ünvanladığı “Sənin ürəyini nə ilə ələ almaq olar” sualına belə cavab verib:
“Heç bir qızıl, brilliant məni ələ ala bilməz. Təmiz qəlb, sevgi olmalıdır. O insanda mədəniyyət, hörmət görməliyəm. Nəinki özümə qarşı, ətrafımda olan insanlara elə bir jestlər etməlidir ki, məni ələ ala bilsin”.
Rəqsanə həmçinin mayın 25-də ad günü olduğunu bildirərək canlı yayımdan həyat yoldaşına səslənib:
“Ad günüm yaxınlaşır. Mənə “Gelandewagen” alsa, daha çox sevinərəm. Buradan həyat yoldaşıma müraciət edirəm. İstəyirəm ki, həmin avtomobildən mənə hədiyyə etsin”.
OXŞAR XƏBƏRLƏR