Ad günündə başını kəsdilər

DÜNYA
17:50 05.12.2013
1286

Böyük Britaniyada dəhşətli qətl hadisəsi baş verib.

Karl Addo adlı tələbə eyni mənzildə yaşadığı Sercio Markesin ad günündə başını kəsib.AZXEBER.COM The Daily Mail-a istinadən xəbər verir ki, qatil Amerikadan Britaniyaya kosmik aerodinamikanı öyrənmək üçün gəlib.O, Markeslə birgə mənzil kirayə edib. Lakin amerikalı çox qəliz xasiyyətli biri olub. Karl bəzən başqasının əşyalarını özünə götürər, başqalarının yeməyini yeyərmiş.Markes ev sahibəsinə ondan şikayət edib. O da öz növbəsində Addodan evdən çıxmağı xahiş edib. Amerikalı tələbənin evdən çıxmağı Markesin doğum gününə düşüb. Amma bütün əşyalar toplandıqdan sonra Addo gözlənilmədən bıçaqla qonşusunun üstünə şığıyıb və onun qarın və sinə nayihələrinə zərbə endirib.“Markes yalvarıb ki, Karl, əl saxla, bunu mənə etmə. Lakin qatil qulaq asmayıb. Qonşular deyirlər ki, o, ucadan gülürmüş”, - deyə prokuror Naycel Pesko bildirib.Addo düz 20 dəqiqə ərzində bıçağın dəstəyi sınana qədər qonşusunu bıçaqlayıb. Belə olan halda, Addo mətbəxdən baltanı götürərək yoldaşının başını vurub.Markesin ad gününü qeyd etməyə gələn dostları cinayətin üstünə gəlib çıxıblar. Qanlı səhnəni gördükdə isə kömək çağırmağa qaçıblar. Tezliklə o tutulub.

OXŞAR XƏBƏRLƏR