Azərbaycanda qida qıtlığı gözlənilir? - AÇIQLAMA

Azərbaycanda qida qıtlığı gözlənilir? - AÇIQLAMA
SOSİAL
16:36 27.05.2022
411
Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi kənd təsərrüfatı sahəsinə də ciddi təsir göstərib. Avropanın taxıl anbarı kimi tanınan Ukraynanın Rusiya tərəfindən hücuma məruz qalması buğda qiymətlərini son 14 ilin ən yüksək səviyyəsinə çatdırıb. Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik buğda tədarükünə də mənfi təsir etməsinə, qiymətlərdəki yüksəlmənin avam etməsinə, Ukraynadan buğda ixracının dayanmasına səbəb olub.

Bəs hazırki vəziyyətdə buğda ilə bağlı bu cür problemlərin ortaya çıxması ölkəmizə necə təsir edə bilər? Azərbaycanda buğda qıtlığı müşahidə oluna bilər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov AZXEBER.COM-a fikirlərini bildirib. O, qeyd edib ki, hər bir ölkənin öz ərzaq ehtiyatının olduğu kimi, Azərbaycanın da taxıl fondu var:
 


"Ölkələrin ərzaq təhlükəsizliyi məsələləsi bütün ölkələrin həm də strateji milli təhlükəsizlik məsələsidir. Buna görə də ərzaq təhlükəsizliyi ilə bağlı olan rəqəmlər adətən dəqiqliyi ilə açıq, əlçatan məlumat olmur. Çünki bunlar məxfi, qorunan məlumatdır. Müəyyən qədər bəzi ərzaq məhsulları üzrə rəqəmlər ümumi şəkildə verilsə də, dünyanın heç bir yerində biz bunu dəqiq və doğru şəkildə bilə bilmərik. Hər bir ölkənin öz ərzaq ehtiyatı var. O cümlədən, Azərbaycanın da taxıl fondu var. Bu ilin əvvəlindən başlayaraq idxal həcmlərini maksimum dərəcədə toplamaqla ərzaq təhlükəsizliyinin təmin olunmasında buğdanın xüsusi çəkisi çox yuxarıdır. Buna görə də, buğda idxalında və ərzaq təhlükəsizliyində rol oynayan digər qida məhsullarının idxalında daha yaxşı nəticəyə malik olmaq qarşıya məqsəd kimi qoyulub. Düşünürəm, bu məqsədə kifayət qədər nail olunub”.

Ekspert qeyd edib ki, Azərbaycan üçün də hər hansı bir qıtlığın olacağını düşünmür:

"Azərbaycanda nəzərə alsaq ki, indi də çörəyin qiymətinin qalxmaması üçün buğdanın qiymətinin qalxdığı bir şəraitdə subsidiya mexanizmi ilə müəyyən güzəştlər həyata keçirilir. Düşünürəm ki, qarşıdakı müddətdə də qiymətlərin daha da yuxarı qalxacağı təqdirdə, subsidiyaların həcmi də artırılacaq. Azərbaycan höküməti bu məsələyə ciddi şəkildə önəm verir. Digər məhsullar da var, amma çörək ən çox strateji olduğundan bu məsələ hökümətin daha çox diqqət mərkəzindədir. Amma hökümətin digər ərzaq məhsullarına hökümətin subsidiya verməsi ilə onların qiymətinin qalxmasına mane olmaq dünya prkatikasında da, bizim praktikada da demək olar ki, yoxdur. Yəni infilyasiyadan qaçmaq, düşünürəm ki, mümkün olmayacaq. Eyni zamanda Azərbaycan üçün də hər hansı bir qıtlığın olacağını düşünmürəm. Düzdür, desəm ki, qiymət artımı olmayacaq, infliyasiya insanları narahat etməyəcək, bu, doğru olmaz. Problem qiymətlərlə bağlı olacaq. Nəzərə alsaq ki, ölkəmizdə istehsal səviyyəsi kifayət qədər deyil, idxaldan ciddi asılılıq var, bu ölkələrdə də ixraca qoyuluş qadağa, idxalın da daha uzaq coğrafiyalardan həyata keçirilməsi logistik xərclərin artmasına, maya dəyərinin artmasına səbəb olacaq. Bu cür hallar mövcuddur, amma bunun hansısa qıtlığa səbəb olma qorxusunun olmasını düşünmürəm. Düzdür, Azərbaycanda valyuta ehtiyatları olmasa idi, ölkələrlə münasibətlər ciddi şəkildə pis olsaydı, o zaman biz deyə bilərdik ki, məhsulların baha olması və əlimizdə də valyutanın olmaması idxalda problemlər yaradacaq. Amma baha olsa belə, Azərbaycan hökümətinin bu cür strateji məsələlərdə hər zaman doğru qərarlar verdiyini müşahidə etmişik”.

E. Əmirov havaların qeyri-sabit keçməsinin bu sahəyə təsirindən danışıb:

"Hazırda Azərbaycanda havaların qeyri-sabit keçməsi təbii olaraq məhsuldarlığa öz təsirini göstərəcək. Amma bu təsir təkcə mənfi təsir deyil. Müəyyən məhsullar üzrə bu təsir müsbət ola bilər. Bu, məhsulların mövsümi yetişmə səviyyəsindən və becərilmənin mərhələsindən asılıdır. Hər halda bu iqlim şəraiti öz mənfi təsirini göstərəcək, amma bunun hansı səviyyədə olacağını kənd təsərrüfatı mütəxəssisləri daha doğru bilər”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR