"Ağdam bizimdir, qaqa"- Röya- FOTO

"Ağdam bizimdir, qaqa"- Röya- FOTO
ŞOU-BİZNES
12:00 08.05.2014
3765
Ötən günlərdə rayona istirahətə yollanan məşhur müğənni Röya Ayxan sosial şəbəkədə ailəsi ilə birlikdə olan yeni şəkillərini paylaşıb.
AZXEBER.COM-un məlumatına görə, ötən günlərdə Nabranda yerləşən evinin şəkilləri sosial şəbəkədə paylaşan ifaçı bu dəfə Bərdəyə gedib. Babası və əmilərinin evində qonaq olan Röya yaxın qohumları ilə kamera qarşısına keçərək doğmaları üçün çox darıxdığını bildirib. Əmisi və babası ilə çəkilən fotoları şəxsi İnstagram səhifəsində izləyiciləri ilə paylaşan müğənni maraqlı şərhi ilə də yadda qalıb.
"Canım əmim. Nəfəsim babam. Ailəmiz böyükdür. Bir sözlə, Ağdam bizimdir, qaqa”- sözlərini qeyd edən ifaçının yeni görüntüləri hər kəs tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Röya Ayxan ötən günlərdə həyat yoldaşı Anarın ailəsi ilə çəkdirdiyi şəkilləri də sosial şəbəkədə yerləşdirmişdi.
İfaçının ailəsi ilə olan yeni fotolarını sizə təqdim edirik:
OXŞAR XƏBƏRLƏR