Ağdam gəncləri Prezident seçkilərində kimi dəstəkləyəcək? - Açıqlama

Ağdam gəncləri Prezident seçkilərində kimi dəstəkləyəcək? - Açıqlama
SİYASƏT
17:32 12.09.2013
2500

“Bu gün müxalifət cəbhəsində Milli Şura və digər qruplaşmaları yaradanlar seçkidən-seçkiyə yağışdan sonra çıxan göbək kimi ortaya düşüb özlərini göstərirlər. Ancaq xalq onların kim olduğunu 20 ildir ki, bilir və qarşıdan gələn bu seçkidə də onların “layiqli” qiymətini bir daha verəcəkdir.”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında YAP Ağdam Rayon Təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov deyib.

Amil Cavadov bölgələrdə qarşıdan gələn prezident seçkilərinə olan hazırlıq, gənclərin fəallığı və maarifləndirmə işləri haqqında danışıb.

O, ilk dəfə seçkidə iştirak edəcək gənclərlə görüşlər keçirdiklərini bildirib: “Hər dəfə olduğu kimi, bu dəfə də seçki öncəsi ölkə üzrə gənclərin aktivliyi müsbət səviyyədədir. Ümumiyyətlə götürdükdə hər bir vətəndaşın rahat şəkildə gedib öz seçdiyi namizədinə səs verməsi üçün tam demokratik mühit yaradılmışdır. Bölgələrdə yaşayan seçicilərlə, xüsusən də ilk dəfə seçkidə iştirak edəcək gənclər üçün müxtəlif kampaniyalar, tədbirlər keçirilir. YAP Ağdam rayon təşkilatı Gənclər Birliyi olaraq biz də rayonda yaşayan gənclərimizlə mütamadi olaraq görüşlər təşkil edir, onların seçkidə aktiv iştirak etməsi, ölkəmizin gələcəyi üçün düzgün seçim etmələri ilə bağlı müxtəlif tədbirlər keçiririk. Həmçinin məcburi köçkün qəsəbələrində keçirilən görüşləri qeyd etmək olar.”

A. Cavadov seçkilərdə tərəddüdsüz olaraq prezident İlham Əliyevi dəstəkləyəcəklərini qeyd edib:

“Ağdam rayonu düşmənlə təmas xəttində yerləşir və rayonun 77 faizi 20 ildən çoxdur ki, işğal altındadır. Ancaq buna baxmayaraq, biz sabaha ümidlə baxırıq. Hazırkı rəhbərimiz cənab İlham Əliyevə inanırıq və onun Qarabağ məsələsi ilə bağlı yürütdüyü qətiyyətli siyasəti dəstəkləyirik. Biz hər zaman açıqlamalarımızda da bildirmişik ki, ağdamlı gənclərin alternativsiz namizədi İlham Əliyevdir.

Bu seçim üçün bir çox səbəblər var ki, bunların ən başlıcası məcburi köçkünlərə göstərilən qayğı və diqqətdir. Cənab prezident 2003-cü ildə ilk dəfə prezident seçildikdən sonra bildirmişdi ki, Azərbaycanda 1 dənə də olsun, çadır şəhərciyi qalmayacaq. Artıq bu sözün əməldə sübut olunduğunu gördük. Bu gün məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradılır. Dövlət proqramları qəbul edilir, gözəl infrastruktura malik olan binalar tikilir – həm Bakıda, həm bölgələrdə.

Bildiyimiz kimi bir neçə gün öncə cənab prezident Bərdədə olmuşdur və rayonda məcburi köçkünlər üçün yeni salınmış 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olmuşdur. Çox sevindirici haldır ki, prezident İlham Əliyev məcburi köçkünlərə hər zaman xüsusi diqqət göstərir və onlar üçün yeni salınan qəsəbələrinin, tikilən binaların açılışında şəxsən özü iştirak edir. Dövlət başçımızın bizə göstərmiş olduğu qayğını, ölkəmizin dinamik inkişafını,beynəlxalq aləmdə artan nüfuzunu və digər ölkəmizlə bağlı müsbət səbəbləri nəzərə alaraq qarşıdan gələn seçkidə birmənalı olaraq səsimizi cənab İlham Əliyevə verəcəyik.”

Ceyhun
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
19:33 10.05.2025
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
19:18 10.05.2025
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
19:06 10.05.2025
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
19:01 10.05.2025
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
18:57 10.05.2025
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
18:51 10.05.2025
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
18:44 10.05.2025
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
18:41 10.05.2025
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
18:35 10.05.2025
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
18:31 10.05.2025
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
18:19 10.05.2025
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
18:13 10.05.2025
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
17:44 10.05.2025
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
17:25 10.05.2025
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
17:07 10.05.2025
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
16:59 10.05.2025
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər