Ağdam sakini Füzulidə minaya düşərək həlak olub.
AZXEBER.COM xəbər verir ki, hadisə Füzuli rayon Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Məlumata görə, Füzulidə çoban kimi işləyən Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb.
Nəticədə R.Hacıyev hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma başlanıb.










































