Ağdam sakini Qaxda ölü tapıldı

Ağdam sakini Qaxda ölü tapıldı
SOSİAL
21:57 02.09.2019
5652
Qaxda kişi meyiti aşkarlanıb.

Bu gün axşam saatlarında Kürmük çayı yaxınlığında, şəhər ərazisinə yaxın hissədə kişi meyiti aşkarlanıb.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Təcili tibbi yardım həkimləri tərəfindən müayinə edilən şəxsin ürək tutmasından ölməsi ehtimal edilir.

Ölən şəxsin Ağdam rayon sakini 69 yaşlı Şəfa Behbudov olması məlum olub.

Fakt araşdırılır.
///oxu.az
OXŞAR XƏBƏRLƏR