Ağdam Sənaye Parkına 50 milyon manatdan çox pul qoyulacaq

İQTİSADİYYAT
20:00 17.05.2022
308
İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkına 50 milyon manatdan çox investisiya yatırılacaq.
 
AZXEBER.COM Report-a istinadla xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

O, bu barədə Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda danışıb.

"Parkda yaradılacaq yeni iş yerlərinin sayı 1 000-dən çox olacaq. İndiyə qədər 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunun 4-ü son bir ayın payına düşüb. Rezidentlər tam şəkildə lazımi infrastrukturla təmin ediləcək, bundan sonra onlar istehsal müəssisələrinin inşasına başlayacaqlar", - deyə nazirlik rəsmisi qeyd edib.
OXŞAR XƏBƏRLƏR