"Ağdam tezliklə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək"

"Ağdam tezliklə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək"
SOSİAL
13:00 17.02.2022
829
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş torpaqlarımıza tarixi səfərləri uğurla davam edir. Hər səfər Böyük Qayıdışın daha da yaxınlaşması deməkdir. Səfər çərçivəsində açılışı olan, yaxud təməlqoyma mərasimi keçirilən sosial obyektlərin say tərkibinə diqqət yetirsək xeyli işlərin görüldüyünü böyük əminliklə deyə bilərik.

İşğaldan azad edilmiş rayonlarımızda artıq neçə vaxtdır ki, bərpa- quruculuq işləri gedir. Geniş infrastruktur layihələr həyata keçirilir. Hava yolları, dəmir yolları, müasir tipli avtomobil yolları çəkilir. Yaşayış binaları, xəstəxanalar, məktəblər, uşaq bağçaları, klublar və digər inzibati və yaşayış binaları tikilir. Ağıllı kəndlər salınır.

Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Artıq 5 rezident işə başlayır. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atmağa başlayır. Şəhərinin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması nəzərdə tutulmuşdur. Burada yaşayacaq ağdamlıların işlə təmin olunması üçün iş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaqdır. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır.

Dövlət başçısı və birinci xanım hörmətli Mehriban xanım Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə də tanış oldular, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində oldular:

Cənab Prezidentimiz işğaldan azad edilmiş ərazilərimizdə təkmil idarəçilik sisteminin yaradılmasını, bu ərazilərin müasir tələblər səviyyəsində bərpasını qarşıya mühüm vəzifə kimi qoyub. Bu ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin fəaliyyət göstərməsi də işin səmərəliliyinin və keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayır. Şəhərlərin Baş planları hazırlanır və ictimaiyyətin müzakirəsinə verilir. Ağdamın Baş planı gələcək barədə aydın təsəvvür yaradır. Bu baxımdan ki, həmin Baş planda şəhərin əvvəlki simasını özünə qaytarmaq üçün müasirliklə qədimliyin sintezinin yaradılmasına xüsusi diqqət yetirilib. Ağdamın yol infrastrukturu yenilənib, təkmilləşib. İşğaldan azad edilmiş ərazilərin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək üçün zəruri addımlar atılır.

Dövlət başçısı İlham Əliyev Ağdam Cümə Məscidinin qarşısından bu çağırışı etdi ki, Azərbaycan investorları işğaldan azad edilmiş ərazilərimizə gəlin, yeni müəssisələrin, iş yerlərinin yaradılmasında fəal iştirak edin. Bu yolla həmin ərazilərin canlandırılması mümkündür. Bu fikir də xüsusi vurğulanır ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti mövcuddur. Sahibkarlar bu imkanlardan istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına öz töhfələrini verə bilərlər.

Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. "Ağdam-1” və "Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıbdır. Bütün bunlar işğaldan azad olunmuş ərazilərdə görülən işlərin göstəricisidir.

Naftalan şəhər sakini: Rövlan Heydərov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'