Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı

Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
SOSİAL
15:05 07.03.2026
1167
Bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq edildiyi, eləcə də müğənni Könül Kərimovanın adının da hallandığı cinayət işində təqsirləndirilən şəxslər - Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.

AZXEBER.COM "Unikal"-a istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, hər iki təqsirləndirilən şəxs vətəndaşların etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını öz qulluq mövqeyinden istifadə etməklə ələ keçirib və hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə təkrar saxtalaşdırmış və qanunsuz hazırlayıblar.

İttiham aktında göstərilib ki, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, 46 saylı ünvanda yerləşən "ARAZ T.İ" MMC-nin binasında olan 156 kv olan 126 nömrəli mənzilin Sakit Məmmədova məxsus olmasına və həmin mənzillin müqavilə və maliyyə arayışının onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına olmasına baxmayaraq, həmin mənzili icazəsiz etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib.

Belə ki, 2011-ci il avqustun 13-də Yasamal dakı Hüseyn Cavid prospekti, 48 saylı ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən "ARAZ T.İ" MMC-nin ofisinde Elbrus Həsənova 156 min manat müqabilində qanunsuz satıb və həmin mənzili onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib.

Bununla da o, Sakit Məmmədova küli miqdarda, yəni 156 min manat məbləğində ziyan vurmaqla dələduzluq edib.

Bundan başqa, Mübariz Məmmədov "Hüquq-Ekspertiza Mərkəzi" MMC-nin rəhbəri olduğu müddət ərzində təkrarən tanışı Bəhram Abbasovun övladı Bəsrət Abbasovun təsisçisi olduğu "Konstra"
MTK-nın müxtəlif müştərilərə dəyərindən ucuz qiymətə və qanunsuz satılmış mənzillərini həmin şirkətə geri qaytaracağı ve mənzillərin satıldığı şəxslərə pulları geri ödəyəcəyi ilə bağlı hüquqi xidmətlər göstərəcəyi adı ilə yalan vəd verməklə 408 min, eyni zamanda "Konstra" MTK-nın layihə sənədlərinin hazırlanmasını və həmin sənədlərin dövlet ekspertizasında təsdiq edilməsini təşkil edəcəyinə dair yalan vəd vermeklə 175 min, ümumilikde 583 min manat pul vəsaitini ələ keçirib təkrar dəleduzluq edib.

O, bundan başqa, digər təqsirləndirilən şəxs olan tanışı Elçin Bağırovla faktiki olaraq mövcud olmayan mənzilləri satmaq adı ilə müştərilər tapmağı və saxta müqavilələr və maliyye arayışları hazırlamağı, müştərilərə guya ev satdıqları barədə görüntü yaradıb onları aldadaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini almağı razılaşıblar.

Belə ki, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovu tapıb onunla ofisdə görüşüblər.

Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 saylı binada yerləşən və müqavilə əsasında müğənni Könül Kərimova Qəmbər qızına məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra onlar saxta və qanunsuz sənəd hazırlayıb həmin mənzili 245 min manata sataraq təkrar dələduzluq ediblər.

Bundan başqa, M.Məmmədov "ARAZ T.P" MMC-nin binasında olan 156.85 kv-lıq 20 nömrəli mənzil Məhəmməd Süleymanova məxsus olmasına
baxmayaraq, həmin mənzili Təbriz Qədirovun anası Gülsarə Qədirovanın adına saxta sənəd hazırlayaraq 163 min manata satıb.

Qeyd edək ki, Mübariz Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), Elçin Bağırova isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 4 nəfər son anda ölümdən döndü - VİDEO
15:03 17.09.2026
Bakıda 4 nəfər son anda ölümdən döndü - VİDEO
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı oldu
14:46 17.09.2026
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı oldu
Lionel Messi yenə tarix yazdı – 48-ci kubokunu qazandı
14:35 17.09.2026
Lionel Messi yenə tarix yazdı – 48-ci kubokunu qazandı
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"
14:30 17.09.2026
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu
14:30 17.09.2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
14:29 17.09.2026
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı
14:12 17.09.2026
Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
14:10 17.09.2026
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
Tələbə universitetdən xaric edildi – Dünyada belə hallarda hansı tədbirlər görülür?
14:00 17.09.2026
Tələbə universitetdən xaric edildi – Dünyada belə hallarda hansı tədbirlər görülür?
Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
13:51 17.09.2026
Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Universitetdən xaric edilən tələbəni nə gözləyir? – Təhsilini davam etdirə bilər?
13:31 17.09.2026
Universitetdən xaric edilən tələbəni nə gözləyir? – Təhsilini davam etdirə bilər?
“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”
13:29 17.09.2026
“Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”
İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
13:21 17.09.2026
İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
"Əvvəlki Ayla olmaq istəyirəm" - Ağır qəza keçirən müğənni - VİDEO
13:19 17.09.2026
"Əvvəlki Ayla olmaq istəyirəm" - Ağır qəza keçirən müğənni - VİDEO
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
13:11 17.09.2026
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Prezidentlə xanımı Şamaxıya getdi
12:58 17.09.2026
Prezidentlə xanımı Şamaxıya getdi