Ağdama soxulan 15-dək erməni hərbçi məhv edildi

Ağdama soxulan 15-dək erməni hərbçi məhv edildi
SOSİAL
10:48 11.03.2016
5257
Cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb.
AZXEBER.COM MN-in saytına istinadən bildirir ki, düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq.
OXŞAR XƏBƏRLƏR