Maqsud Məmmədov vəfat etdi

Maqsud Məmmədov vəfat etdi
MƏDƏNİYYƏT
17:32 13.04.2026
1834
Baletmeyster, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Maqsud Məmmədov 97 yaşında vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. Erkən yaşlarından rəqslə məşğul olmağa başlayıb. Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib və 1950-ci ildə bu təhsil ocağını bitirib. 1951-ci ildən taleyini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayıb. Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun "Xəzər balladası”, Fərəc Qarayevin "Qobustan kölgələri”, "Kaleydoskop”, Rauf Hacıyevin "Azərbaycan süitası”, Nazim Əlivedibəyovun "Muğam”, Aqşin Əlizadənin "Babək” baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.

Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə "Əməkdar artist”, 1970-ci ildə isə "Xalq artisti” fəxri adlarına layiq görülüb. 2019-cu ildə "Şöhrət” ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
16:49 15.09.2026
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
16:45 15.09.2026
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
16:42 15.09.2026
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
16:35 15.09.2026
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
16:29 15.09.2026
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
16:26 15.09.2026
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı
16:22 15.09.2026
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı
Bu rayonun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
16:18 15.09.2026
Bu rayonun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Qarabağda Böyük Qayıdış: Azərbaycan yeni tarix yazır
16:03 15.09.2026
Qarabağda Böyük Qayıdış: Azərbaycan yeni tarix yazır
Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
15:59 15.09.2026
Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?
15:51 15.09.2026
Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?
AccessBank tenderin vaxtını uzatdı
15:47 15.09.2026
AccessBank tenderin vaxtını uzatdı
Şagird qaydaları pozursa, məktəb necə davranmalıdır? – Dünyadan fərqli təcrübələr
15:39 15.09.2026
Şagird qaydaları pozursa, məktəb necə davranmalıdır? – Dünyadan fərqli təcrübələr
Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO
15:22 15.09.2026
Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:12 15.09.2026
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Vəzifəli şəxslərin, məmurların gəlirləri niyə gizli qalır? - Deputatlardan açıqlama
15:11 15.09.2026
Vəzifəli şəxslərin, məmurların gəlirləri niyə gizli qalır? - Deputatlardan açıqlama