Ağdam rayonunda 5 nəfər minaya düşüb.
AZXEBER.COM-un xəbərinə görə, hadisə Yusifcanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hadisə nəticəsində dördü bir ailənin üzvü olmaqla beş nəfər mülki şəxs minaya düşüb.
Hazırda həmin şəxslərin adları dəqiqləşdirilir.
Faktı Ağdam Rayon İcra Hakimiyyəti "Report"a təsdiqləyib.