Ağdamda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var

Ağdamda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var
SOSİAL
21:42 27.03.2018
2003
Ağdam rayonunda ölümlə nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə rayonun Eyvazlı kəndi ərazisində baş verib. "VAZ 21015” markalı 90-XT-485 dövlət nömrə nişanlı avtomobil "Lada Priora” markalı 02-BM-892 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə şəxs isə ağır xəsarət alıb. Xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına və yaxınlıqdakı "N” saylı hərbi hospitala çatdırılıb. Yaralıların vəziyyətinin kritik olduğu bildirilir.
 
///Apa.az

 

OXŞAR XƏBƏRLƏR