Ağdamda azyaşlıların ölümü ilə bağlı məlumat - RƏSMİ

KRİMİNAL
17:39 17.07.2015
2876

Ağdam rayonu, Quzanlı qəsəbə sakininin yaşadığı evdə yanğın baş verib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən məlumat verir ki, iyulun 16-da Ağdam rayonu, Quzanlı qəsəbə sakini Zamiq Kazımovun yaşadığı evdə yanğın baş verib.

Evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra Z.Kazımovun qızları Afsanənin və Rəqsanənin yanmış meyitləri tapılıb.

OXŞAR XƏBƏRLƏR