Ağdamda düşmən təxribatı: Qəsəbə atəşə tutuldu - VİDEO

Ağdamda düşmən təxribatı: Qəsəbə atəşə tutuldu - VİDEO
SOSİAL
15:21 13.10.2020
946

Ağdam rayonunun Bənövşələr qəsəbəsi erməni işğalçıları tərəfindən artilleriya atəşinə tutulub. 

Baku TV xəbər verir ki, qəsəbə ərazisinə çoxlu sayda top və "Qrad” mərmisi düşüb. Nəticədə, 12 ev tamamilə dağılıb, xeyli sayda evə isə ciddi ziyan dəyib. 

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında humanitar atəşkəsin imzalanmasına baxmayaraq, Ermənistan tərəfi atəşkəs qaydalarına əməl etmir.

OXŞAR XƏBƏRLƏR