Ağdamda iki avtomobil “KamAz”a çırpıldı - Yaralılar var

Ağdamda iki avtomobil “KamAz”a çırpıldı - Yaralılar var
HADİSƏ
21:59 11.10.2025
257
Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun rayonun Quzanlı qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2106" və "Lada-Xəzər" markalı ikiminik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR