Ağdamda iki nəfər bıçaqlanıb.
Hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin qarşısında baş verib.
Yaranmış mübahisə zamanı Ağdam rayon sakinləri - 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğlu bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma başlanıb.
///Report